Hörmüz boğazına doğru gedən gəmilər geri dönüş edib
Şəfa Hüseynli
Hörmüz boğazına doğru gedən bəzi yük gəmiləri və tankerlərin geri dönüş etdiyi görülüb.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qətərin Doha limanından Hörmüz boğazına doğru yüklənmiş "Əl-Qaşamiyyə","Lebretah" və "Fuvairit" mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin geri qayıdarkən göründüyü bildirilib.
Bundan əlavə, marşrutlarından geri dönən gəmilər arasında Çin kimi göstərilən Honkonq bayrağı altında üzən "Sun Profit" quru yük gəmisi və Fransanın "CMA CGM" gəmiçilik şirkətinə məxsus üç konteyner gəmisinin də olduğu müşahidə edilib.