Kiyevdəki atışmada ölənlərin sayı altıya çatıb - YENİLƏNİB 2
Kiyevdəki atışmada ölənlərin sayı altıya çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib
***
19:40
Kiyevdə baş verən atışmada 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Ukraynanın daxili işlər naziri İqor Klimenko Kiyevdə mülki şəxslərə atəş açan hücumçunun məhv edildiyini bildirib. Bütün hallar araşdırılır. Hazırda beş nəfərin öldüyü məlumdur. Ailələrinə və dostlarına başsağlığı verirəm. Yaralananlardan 10 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə Zelenski yazıb.
Onun sözlərinə görə, girov götürülmüş dörd nəfər xilas edilib.
***
19:20
Kiyevin Qolosevski rayonunda naməlum şəxs yoldan keçənlərə avtomat silahla atəş açıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
İlkin məlumata görə, ölən və yaralananlar var. İtkilərin sayı dəqiqləşdirilir.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, yaralılar arasında bir uşaq da var.
Məlumata görə, silahlı şəxs insanları girov götürüb. Bina təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.