Menyu

Türkiyədə iki şagirdi ildırım vuraraq öldürüb

Operativ Media
Türkiyədə iki şagirdi ildırım vuraraq öldürüb

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Operativ Media xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb.

Ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb.

Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, ölüb.

Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Əlaqəli Xəbərlər