Neymar azarkeşlərlə yaşadığı insidentə görə üzr istədi
"Santos"un hücumçusu Neymar, Cənubi Amerika Kubokunun qrup mərhələsində "Deportivo Recoleta" ilə oyundan (1:1) sonra azarkeşlərlə yaşadığı mübahisəyə münasibət bildirib.
Operativ Media xəbər verir ki, futbolçu bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
"Azarkeşlə mübahisə etməməli olduğumla razıyam, sadəcə susa bilərdim. Buna görə də, hərəkətimdən inciyən hər kəsdən üzr istəyirəm. Özümə söz verirəm ki, bir daha belə etməyəcəyəm. İnsanlar istədiklərini deyə bilərlər, mən isə sadəcə futbolumu oynayacağam", — deyə 34 yaşlı futbolçu qeyd edib.
Baş verənlərdən peşman olduğunu dilə gətirən "Santos"un ulduzu, bundan sonra bütün diqqətini yalnız oyuna cəmləyəcəyini vurğulayıb.
Qeyd edək ki, 2026-cı il mövsümündə Neymar keçirdiyi səkkiz matçda dörd qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.