Menyu

Qırğızıstan və Tacikistan parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

Şəfa Hüseynli
Qırğızıstan və Tacikistan parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

Qırğızıstan Joqorku Keneşin sədri Marlen Mamataliyev Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Faizəli İdizoda ilə danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Parlamentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İstanbulda keçirilən görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və parlamentlərarası dialoqun genişləndirilməsi müzakirə olunub.

Eyni zamanda, tərəflər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında əldə edilən razılaşmaları uğurla həyata keçirmək barədə razılığa gəliblər.

Əlaqəli Xəbərlər