Menyu

İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurub

Operativ Media
İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurub

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Conco Şelvi karyerasını başa vurub.

Operativ Media BBC-yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu fəaliyyətini məşqçi kimi davam etdirəcək. O, BƏƏ-nin üçüncü divizionunda mübarizə aparan "Arabian Falcons" klubunun baş məşqçisi təyin olunub.

Təcrübəli oyunçu 2025-ci ilin sentyabrından etibarən bu komandanın şərəfini qoruyurdu. Qeyd edək ki, 2023-cü ildə təsis edilmiş Dubay təmsilçisində "Mançester Yunayted"in sabiq üzvü Ravel Morrison da çıxış edir. Klubun həmsahibi və futbol əməliyyatları üzrə rəhbəri isə "Kristal Pelas"ın keçmiş yarımmüdafiəçisi Ceyson Pançondur.

Karyerası ərzində "Liverpul" və "Nyukasl" kimi klublarda oynamış Şelvi 2025/26 mövsümünün əvvəlində verdiyi açıqlama ilə diqqət mərkəzinə düşmüşdü. O, övladlarının İngiltərədə böyüməsini istəmədiyini bildirmişdi: "Böyük Britaniyada yaxşı bir yerdə yaşadığımız üçün bəxtimiz gətirib. Lakin mənim gəldiyim yerə (uşaqlığımın keçdiyi əraziyə) bir daha geri qayıtmaq olmaz".

Peşəkar karyerasına "Çarlton Atletik"də başlayan Şelvi İngiltərə Premyer Liqasında "Liverpul", "Suonsi", "Nyukasl" və "Nottingem Forest"in formalarını geyinib. O, həmçinin "Blekpul", Türkiyənin "Çaykur Rizaspor" və "Eyüpspor" klublarında, BƏƏ-yə yollanmazdan əvvəl isə qısa müddət "Bernli"də icarə əsasında çıxış edib.

Conco Şelvi 2012–2016-cı illərdə İngiltərə millisinə dəvət alıb və baş məşqçi Roy Hocsonun rəhbərliyi altında 6 oyunda meydana çıxıb.

Əlaqəli Xəbərlər