Flik: "Barselona" daha yaxşı oynamalıdır
Operativ Media
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Atletiko" üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Operativ Media xəbər verir ki, UEFA-nın rəsmi saytı Flikin fikirlərini sitat gətirib.
"Futbol belədir. "Barselona" daha yaxşı oynamalıdır, lakin nəticə etibarilə komandamız əzmkarlıq və oyuna münasibət baxımından əlindən gələni etdi. Fantastik iş görüldü, sadəcə olaraq uğur qazanmağımız üçün bu kifayət etmədi", - deyə o, qeyd edib.
"Atletiko" Çempionlar Liqasının yarımfinalına yüksəlib. Madrid təmsilçisi bu mərhələdə "Arsenal" – "Sportinq" cütünün qalibi ilə (ilk oyun – 1:0) qarşılaşacaq.
Xatırladaq ki, kataloniyalılar ilk matçda 0:2 hesabı ilə məğlub olmuşdular.