Menyu

Kişi voleybolçuların Yüksək Liqasında finalçılar bəlli oldu

Operativ Media
Kişi voleybolçuların Yüksək Liqasında finalçılar bəlli oldu

Kişi voleybolçular arasında Yüksək Liqada finala vəsfə qazanan komandaların adları məlum olub.

Operativ Media xəbər verir ki, aprelin 14-də FHN-in idman zalında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Günün ilk qarşılaşmasında “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəlib. İlk oyunda rəqibini 3:0 hesabı ilə üstələyən “Xilasedici” komandası, ikinci görüşdə də eyni hesabla qələbə qazanaraq finala yüksəlib.
Günün digər qarşılaşması “Neftçi” və “ORDU” klubları arasında baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun “ORDU”nun 3:2 hesablı qalibiyyəti ilə yekunlaşıb. İlk yarımfinal matçında da qələbə qazanan “ORDU” komandası seriyada hesabı 2:0-a çatdıraraq finalda oynamaq hüququ əldə edib.
Beləliklə, kişilərin mübarizəsində çempionluq uğrunda “Xilasedici” və “ORDU” komandaları qarşılaşacaq. Bürünc medallar uğrunda keçiriləcək təsəlliverici oyunda isə “Murov Az Terminal” və “Neftçi” klubları üz-üzə gələcək.

Əlaqəli Xəbərlər