Menyu

Samir Abbasov: "Neftçi"dən öz haqqımı almışam

Operativ Media
Samir Abbasov: "Neftçi"dən öz haqqımı almışam

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubdan ayrılarkən aldığı təzminatdan danışıb.

Operativ Media xəbər verir ki, o, “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunduğuna müsnasibət bildirib:

“Təzminat məsələsi həddindən artıq çox danışıldı. Bunun səbəbini bilmirəm. Kimsə evinin pulunu mənə verməyib. Öz haqqımı almışam. Niyə belə ajiotaj yarandı, bilmirəm. Məndən əvvəl də məşqçilər olub, dünya futbolunda da bu təcrübə var. Kim zəng edirdisə, sonda soruşurdu ki, təzminat məsələsi necə oldu. Bu mənimlə “Neftçi”nin arasında olan şeydir”.

Əlaqəli Xəbərlər