Pezeşkian ABŞ-nin İrana qarşı təhdidlərini və təzyiqlərini təsirsiz adlandırıb
Operativ Media
İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ABŞ-nin İrana qarşı tətbiq etdiyi təzyiq siyasətinin səmərəsiz olduğunu vurğulayıb.
Operativ Media xəbər verir ki, o, bu haqda rəsmi "Telegram" kanalında məlumat paylaşıb.
O qeyd edib ki, Vaşinqtonun bu addımları mövcud problemləri həll etmək əvəzinə, vəziyyəti daha da mürəkkəbləşdirir.
"Hədə-qorxu, təzyiq və hərbi müdaxiləyə əsaslanan yanaşmalar heç bir nəticə vermir. Əksinə, bu cür addımlar regiondakı gərginliyi artırır və Amerika tərəfinin özünün yaratdığı problemləri daha da dərinləşdirir".