"Nyukasl" "Mançester Yunayted"in uruqvaylı futbolçusunu istəyir
Operativ Media
"Nyukasl Yunayted" heyətini gücləndirmək məqsədilə yarımmüdafiə xəttinə yeni oyunçu axtarışını davam etdirir.
Operativ Media "Football İnsider"ə istinadən xəbər verir ki, "Mançester Yunayted"də əsas heyətə düşməkdə çətinlik çəkən Manuel Uqarte klubun maraq dairəsinə düşüb.
PSJ-dən 42 milyon funt-sterlinq qarşılığında transfer olunan uruqvaylı futbolçu "Old Trafford"da gözləntiləri doğrulda bilməyib. Uqarte cari mövsümdə Premyer Liqada cəmi 7 oyuna start heyətində başlayaraq komandadakı mövqeyini itirib.
Məlumata görə, "Nyukasl" yarımmüdafiəçinin hazırkı vəziyyətindən yararlanaraq onu öz heyətinə qatmağı planlaşdırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net