Menyu

"Çelsi"nin keçmiş kapitanı Terri "Kolçester Yunayted"in sahibi olacaq

Operativ Media
"Çelsi"nin keçmiş kapitanı Terri "Kolçester Yunayted"in sahibi olacaq

İngiltərə millisinin və "Çelsi"nin sabiq kapitanı Con Terrinin "Kolçester Yunayted" klubunun sahibi olacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, 45 yaşlı Terri klubu 14 milyon funt-sterlinqə almağı planlaşdıran konsorsiumun tərkibində yer alacaq.

"Kolçester Yunayted" İngiltərə futbolunun dördüncü divizionu olan İkinci Liqada mübarizə aparır. Komanda 42 turdan sonra topladığı 60 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Con Terri futbolçu karyerasını 2018-ci ildə başa vurub. O, "Çelsi"nin heyətində Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub, həmçinin beş dəfə İngiltərə çempionluğu və ölkə kubokunu, üç dəfə İngiltərə Liqa kubokunu, iki dəfə isə ölkə Superkubokunu qazanıb.

Əlaqəli Xəbərlər