Menyu

Azərbaycanlı futbolçu Avropanın bir neçə klubunun "radar"ına düşüb

Operativ Media
Azərbaycanlı futbolçu Avropanın bir neçə klubunun "radar"ına düşüb

Azərbaycan I Liqasında çıxış edən "Difai Ağsu" klubunun 19 yaşlı azərbaycanlı futbolçusu Kamil Sadıqov Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb.

Futbolçunun meneceri Emin Hacızadə Operativ Media-ya açıqlamasında xəbəri təsdiqləyib.

O, Kamil Sadıqova "Eştoril"in U-23, "Rakow"un B və Slovakiyanın "Pohronie" və "Zilina" komandalarının futbolçu ilə maraqlandığını bildirib.

"Futbolçu özü də qərar aşamasındadır. Hər üç ölkə bizə uyğundur. "Eştoril"ə bundan əvvəl 15 yaşlı Turan Əliyevi göndərmişik. Hansı ki, hazırda elə Portuqaliyada kariyerasına davam etdirir. "Rakow" komandasına da transferimiz olub. Slovakiya bizim üçün yeni bir qapıdır, amma ən uyğun təklif hazırda onlardan gəlib. Kluba rəsmi təklif sezon sonunda olacaq. Amma futbolçuya bizim vasitəmizlə təklif göndəriblər".

Əlaqəli Xəbərlər