Menyu

Liqa yarışının II turunda 691 cüdoçu medallar uğrunda mübarizə aparacaq

Operativ Media
Liqa yarışının II turunda 691 cüdoçu medallar uğrunda mübarizə aparacaq

18–19 aprel tarixlərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.

Operativ Media Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 94 klub və idman cəmiyyətindən olan 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 

Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 (iki) yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

Yarış Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Əlaqəli Xəbərlər