Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu bu gün keçirəcək.
Operativ Media-nın məlumatına görə Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Aktaudakı BS Arenada Qazaxıstan yığması ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, milli aprelin 9 və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.