Menyu

Azərbaycan avarçəkənləri "Bahar Kuboku"nda yarışacaqlar

Operativ Media
Azərbaycan avarçəkənləri "Bahar Kuboku"nda yarışacaqlar

Azərbaycanın kayak və kanoe üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcək.

Azərbaycan Su İdman Növləri Federasiyasından Operativ Media-ya verilən məlumata görə, yığma yarışlarda Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, “Bahar Kuboku” aprelin 16-18-də təşkil olunacaq.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər