"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqada mart ayının ən yaxşı məşqçisi seçilib.
Operativ Media xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Onun rəhbərlik etdiyi komanda mart ayında keçirdiyi üç oyunun hər birində qələbə qazanıb: "Çelsi" (2:1), "Brayton" (1:0) və "Everton" (2:0).
Bu mükafat uğrunda Artetadan başqa Eddi Hau ("Nyukasl"), Devid Moyes ("Everton"), Rejis Le Bris ("Sanderlend") və Fabian Hürzeler ("Brayton") də namizədlər arasında olublar.
Hazırda "Arsenal" 31 turdan sonra 70 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Komanda aprelin 11-də "Bornmut"u qəbul edəcək.