Bernardo Silva "Mançester Siti"dən ayrılacaq
Operativ Media
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva iyun ayında azad agent statusu ilə klubu tərk etmək qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 31 yaşlı portuqaliyalı futbolçunun nümayəndələri bu aydan etibarən karyerasını davam etdirmək üçün bütün variantları və təklifləri nəzərdən keçirməyə başlayacaqlar.
Silva 2017-ci ildən "Siti"də çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir. Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 42 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bundan əvvəl "Siti"nin "Nyukasl"dan Sandro Tonali və "Nottinqem Forest"dən Elliot Andersonu transfer etmək istədiyi barədə məlumatlar yayılmışdı.