Ana səhifə / İdman / AFFA ötən mövsümün azarkeş statistikasını açıqladı AFFA ötən mövsümün azarkeş statistikasını açıqladı 03.04.2026, 12:06 Operativ Media 2024/2025 mövsümündə Misli Premyer Liqası komandalarının ev oyunlarında orta hesabla iştirak etmiş azarkeş sayı açıqlanıb.Operativ Media xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.Siyahıya "Turan Tovuz" başçılıq edir. Tovuz təmsilçisinin ev matçlarına orta hesabla 4361 tərəfdar gəlib."Neftçi" (2209) ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü "Sumqayıt" (1858) qapayıb.Növbəti sıralarda "Qarabağ" (1729), "Sabah" (1357), "Şamaxı" (1161), "Kəpəz" (1033), "Zirə" (753), "Səbail" (642) və "Araz-Naxçıvan" (256) yer alıblar.
03.04.2026, 14:08 Növbəti tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək