Menyu

Mbappe: "Atam heç vaxt müqavilələrimə baxmayıb"

Operativ Media
Mbappe: "Atam heç vaxt müqavilələrimə baxmayıb"

Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilyan Mbappe atasının heç bir klubda onun müqavilələri və maaşı ilə məşğul olmadığını bildirib.

Operativ Media xəbər verir ki, o, "The Bridge" YouTube şousunda bu barədə belə danışıb:

"Valideynlərim sadəcə bir uşağın böyük futbolçu olmaq arzusunu qoruyurdular. Bütün valideynlər kimi onlar da öz övladları üçün müdafiə rolunu oynayırdılar. Atam futbol azarkeşidir. Əvvəlcə hər kəs elə düşünürdü ki, hər şeyi atam idarə edir. Əslində isə atam müqavilələrimin heç birini görməyib. Heç vaxt. Əgər bu işlərlə o məşğul olsaydı, mənə hələ də əvvəlki maaşımı verərdilər (gülür). O, heç bir müqaviləyə baxmayıb, bu onun vecinə də deyil. Bəli, bu işlərlə hüquqşünaslar məşğul olur. Zaman keçdikcə mən ətrafıma bu məsələlərdə səriştəli insanları toplamağa nail oldum. Valideynlərim istənilən mövzuda məsləhət ala biləcəyim insanlar olaraq qalırlar. Anam hadisələrin mərkəzindədir və bütün zərbələri öz üzərinə götürür, lakin o, heç vaxt mənim razılığım olmadan qərar qəbul etmir. Məhz buna görə də insanların 'Mbappe klanı' və ya 'agentlər' deməsi məni güldürür, onlar agent deyillər".

Mbappe 2024-cü ilin yayında azad agent statusu ilə PSJ-dən "Real Madrid"ə keçib. Onun hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər