Ana səhifə / İdman / Azərbaycan yığması Farer adalarına məğlub oldu Azərbaycan yığması Farer adalarına məğlub oldu 18.03.2026, 17:14 Operativ Media 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi növbəti oyununda da məğlub olub.Operativ Media xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Farer adalarının müvafiq yaş qrupundan ibarət kollektivi ilə bacarmayıb – 1:6.Azərbaycan yığmasının heyətində Könül Hüseynova 42-ci dəqiqədə fərqlənib.Xatırladaq ki, U-17 daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) uduzub.