I Liqada fevralın ən yaxşı qolunun müəllifi açıqlandı
Operativ Media
Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq" klubunun futbolçusu Elşən Abdullayev mükafatlandırılıb.
Bu barədə Operativ Media-ya Peşəkar Futbol Liqasından bildirilib.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XIX turun "Baku Sportinq" – "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.