"Çelsi" müdafiəçisi ilə müqaviləni 2032-ci ilə qədər uzatdı
Operativ Media
"Çelsi" klubu müdafiəçisi Ris Ceyms ilə müqaviləni yeniləyib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir k, futbolçunun yeni müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub.
"Çelsi"nin yetirməsi olan 26 yaşlı Ceyms komandanın heyətində 225 oyun keçirib, 16 qol vurub və 31 məhsuldar ötürmə edib. O, London təmsilçisi ilə Çempionlar Liqası (2021), Konfrans Liqası (2025), Klublararası Dünya Çempionatı (2021, 2025) və UEFA Superkubokunun (2021) qalibi olub.
İngiltərə milli komandasının heyətində 22 matça çıxan müdafiəçi 1 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. O, 2021-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb.