Menyu

"Nyukasl Yunayted" "Köln"ün hücumçusunu istəyir

Operativ Media
"Nyukasl Yunayted" "Köln"ün hücumçusunu istəyir

Ötən il hücumçu transferlərinə 124 milyon funt-sterlinq xərcləməsinə baxmayaraq, “Nyukasl Yunayted” bu yay transfer pəncərəsində yeni bir hücumçu axtarışındadır.

Operativ Media “Daily Mail”ə istinadən xəbər verir ki, “sağsağanlar”ın transfer hədəfləri arasında “Köln” klubunun və Almaniyanın U-21 yığmasının cinah oyunçusu Səid El Mala da yer alır.

19 yaşlı alman futbolçu bu mövsüm ümumilikdə 27 oyuna çıxıb, 8 qol vurub və 4 assist etməyi bacarıb.

Əlaqəli Xəbərlər