Ana səhifə / İdman / Azərbaycan güləşçisi Avropa çempionu olub Azərbaycan güləşçisi Avropa çempionu olub 12.03.2026, 22:28 Operativ Media Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl medal qazanıb.Operativ Media xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Günay Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə gümüş medal qazanıb.