I Liqa: "Səbail" və "Baku Sportinq" səfərdə qələbə qazandı
Operativ Media
Azərbaycan I Liqasında 18-ci turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
"Baku Sportinq" səfərdə "Difai"ni 3:1 hesabı ilə məğlub edib. "Səbail" Mingəçevirdən 1-0 hesablı qələbə ilə qayıdıb. "Şahdağ Qusar" isə MOİK-lə 1-1 hesablı heç-heçə edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Cəbrayıl" - "Zaqatala" oyunu ilə yekun vurulacaq.