Menyu

Qrem Potter İsveç millisi ilə müqaviləni 2030-cu ilədək uzadıb

Operativ Media
Qrem Potter İsveç millisi ilə müqaviləni 2030-cu ilədək uzadıb

İsveç milli komandasının baş məşqçisi Qrem Potter müqavilə müddətini 2030-cu ilin iyununadək uzadıb.

Operativ Media xəbər verir ki, bu haqda İsveç Futbol Federasiyası məlumat yayıb.

50 yaşlı mütəxəssis "Vest Hem"dən göndərildikdən bir ay sonra — ötən ilin oktyabrında qısamüddətli müqavilə ilə İsveç yığmasına təyin olunmuşdu. Potter bu müddət ərzində komandanın başında cəmi iki matça çıxıb: İsveç millisi İsveçrəyə 1:4 hesabı ilə məğlub olub, Sloveniya ilə isə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, İsveç yığması martın 26-da Dünya Çempionatının seçmə mərhələsinin pley-off yarımfinalında Ukrayna ilə qarşılaşacaq. İsveç bu mərhələni keçəcəyi təqdirdə, yayda keçiriləcək mundiala vəsiqə qazanmaq üçün Polşa və ya Albaniya cütünün qalibi ilə mübarizə aparacaq.

Əlaqəli Xəbərlər