Menyu

"İnter" "Tottenhem"in qapıçısı ilə maraqlanır

Operativ Media
"İnter" "Tottenhem"in qapıçısı ilə maraqlanır

"İnter" "Tottenhem"in qapıçısı Qulyelmo Vikarionu heyətinə qatmaqda maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "Calciomercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, A Seriyasının lideri artıq bir neçə həftədir ki, 29 yaşlı italiyalı qolkiperin vəziyyətini izləyir. Klub onu Yann Zommer üçün uzunmüddətli əvəzedici kimi nəzərdən keçirir. Qapıçının transferi üçün təxminən 30 milyon avro tələb olunacağı gözlənilir, lakin məlumata görə, futbolçu ilə "Yuventus" və "Milan" klubları da maraqlanır.

Qeyd edək ki, Vikario 2023-cü ilin iyulundan "Tottenhem"də çıxış edir və onun klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. O, 2025/26 mövsümündə meydana çıxdığı 40 matçda 59 qol buraxıb, 13 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 23 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər