Menyu

"Boka Xuniors" tarixində ən böyük stadion layihəsinə başlayır

Operativ Media
"Boka Xuniors" tarixində ən böyük stadion layihəsinə başlayır

"Boka Xuniors" klubu tarixindəki ən böyük yenidənqurma layihəsi çərçivəsində "La Bombonera" stadionunun tamaşaçı tutumunun artırılacağını elan edib.

Operativ Media AP nəşrinə istinadən xəbər verir ki, işlərin dəyəri 50-60 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Stadionun tutumu 57 mindən 80 min tamaşaçıya çatdırılacaq. Tikinti işlərinə 2026-cı il Dünya Çempionatı zamanı başlanılacaq və layihə ən azı iki il davam edəcək. Argentinanın futbol klubu layihəni təqdim edərkən: "Stadion başqa yerə köçürülmür və yenisi inşa edilmir. Onun özünəməxsusluğu qorunub saxlanılmaqla genişləndirilməsi həyata keçirilir", — deyə izahat verib.

Arenanın rəsmi adı Alberto X. Armando stadionu olsa da, forması şokolad qutusuna bənzədiyinə görə xalq arasında "La Bombonera" kimi tanınır. 1940-cı ildə La-Boka rayonunda istifadəyə verilən stadionun genişləndirilməsi azarkeşlərin uzun müddətdir gözlədiyi bir tələb idi.

Hazırda klubun 126 min aktiv üzvünün yarısından az hissəsi çempionat və beynəlxalq turnirlərin oyunlarına baxa bilir. Klub üzvü olmayan azarkeşlərin stadion girişinə isə icazə verilmir.

İki ay öncə "River Pleyt" klubu da 2030-cu il Dünya Çempionatına hazırlıq çərçivəsində stadionunun üzərinin bağlanması və tutumunun 100 mindən çox yerə çatdırılması planlarını açıqlayıb. Qeyd edək ki, turnirin 100 illiyi münasibətilə Argentina Paraqvay, Uruqvay, İspaniya, Portuqaliya və Mərakeşlə birlikdə yarışın təşkilatçılarından biri olacaq.

Əlaqəli Xəbərlər