Menyu

İngiltərə klubları "Frayburq"un gənc istedadı üçün hərəkətə keçib

Operativ Media
İngiltərə klubları "Frayburq"un gənc istedadı üçün hərəkətə keçib

"Mançester Yunayted", "Çelsi" və "Arsenal" klubları "Frayburq"un yarımmüdafiəçisi Yohan Manzambini yaxından izləyir.

Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.

Məlumata görə, hər üç Premyer Liqa klubunun skautlarının 20 yaşlı futbolçunu diqqətdə saxladığı bildirilir. Yarımmüdafiəçi eyni zamanda PSJ və "Bavariya" kimi nəhənglərin də maraq dairəsindədir. 

Manzambinin klubu ilə 2030-cu ilə qədər müqaviləsi olsa da, "Frayburq"un İsveçrə millisinin üzvü üçün təxminən 43 milyon funt-sterlinq təzminat tələb etdiyi vurğulanır.

Əlaqəli Xəbərlər