Menyu

Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini təmin etmədi

Operativ Media
Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini təmin etmədi

Apellyasiya Arbitraj Tribunalı "Sabah" Futbol Klubunun Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı qərarından verdiyi apellyasiya şikayətinə baxıb.

Operativ Media xəbər verir ki, Tribunalın yekun qərarına əsasən, "Sabah" Futbol Klubunun şikayəti təmin edilməyib və Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov – Sabah Futbol Klubu" işi üzrə qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı qərarı qüvvədə saxlanılıb.

Qərarda, həmçinin maraqlı tərəflərə bu qərardan narazı qaldıqları təqdirdə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüquqlarının olduğu izah edilib.

Əlaqəli Xəbərlər