Menyu

AFFA "Sabah" və "Qarabağ"ı ağır cəzalandırdı

Operativ Media
AFFA "Sabah" və "Qarabağ"ı ağır cəzalandırdı

İntizam Komitəsinin bugünkü iclasında Misli Premyer Liqasının XXII və XXIII tur oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq cərimələr tətbiq edilib.

Operativ Media xəbər verir ki, martın 1-də keçirilən “Qarabağ” – “Sabah” matçında baş verən insidentlər ciddi cəzalarla nəticələnib. Rəqib komandanın ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyi üçün “Sabah”ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalandırılıb, klub isə 15000 manat cərimələnib. Eyni matçda kütləvi davada iştirak etdiklərinə görə “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadənin hər biri 6 oyunluq kənarlaşdırılıb, klub isə ümumilikdə 12000 manat cərimə olunub.

Martın 8-də keçirilən “Şamaxı” – “İmişli” oyununda “İmişli”, martın 9-da keçirilən “Zirə” – “Kəpəz” qarşılaşmasında isə “Kəpəz” komandaları futbolçularının çoxsaylı sarı vərəqə alması səbəbindən hər biri 700 manat cərimə ödəməli olacaq.

Martın 9-da baş tutan “Neftçi” – “Turan Tovuz” matçında isə “Neftçi” azarkeşlərinin hərəkətləri kluba baha başa gəlib. Təhqiredici pankart açılmasına görə klub 15000 manat, azarkeşlərin hakimlərə qarşı kütləvi təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə isə əlavə olaraq 8000 manat cərimələnib.

Əlaqəli Xəbərlər