MBA-da tarixi rekorda imza atılıb
Operativ Media
Milli Basketbol Assosasiyasında bu gecə böyük bir hadisə baş verib.
Operativ Media xəbər verir ki, “Mayami Hit” komandasının oyunçusu Bem Adebayo 21-ci əsrin ən yüksək məhsuldarlığını nümayiş etdirib.
“Vaşinqton Vizards”la qarşılaşma 150:129 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Mayami komandasının oyunçusu görüşdə 83 xal toplayıb. Bu da MBA tarixində 2-ci nəticədir.
MBA-da bu vaxta qədər ən yüksək nəticəni Vilt Çemberlen göstərib. Əfsanəvi basketbolçu 1962-ci ildə keçirilən oyunda 100 xal toplayıb.
21-ci əsrdə ən yüksək nəticə isə 81 xal toplayan Kobi Brayanta məxsusdur.
Qeyd edək ki, Çemberlen karyerasında bir dəfə 78 xal da toplayıb. Bu vaxta qədər MBA-da onlardan başqa heç kim 75 xal həddini keçməyib