Menyu

"Quba" PFK-nın prezidenti vəzifəsindən getdi

Operativ Media
"Quba" PFK-nın prezidenti vəzifəsindən getdi

"Quba" PFK-nın prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Məlumatınıza çatdırırıq ki, Ayaz Abdullayev Quba PFK-da fəaliyyətini başa vurmuşdur. 

Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Komanda Region Liqasından II Liqaya yüksəlmiş, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanmış, bu mövsüm isə çempionatın ilk üçlüyündə qərarlaşaraq mühüm nəticələr əldə etmişdir.

Şəxsi işlərinin çoxluğu səbəbindən klubun nəzarətsiz qalmaması və daha irəliyə getməsi üçün vəzifəsini təhvil vermişdir. Yaxın günlərdə yeni icraçı direktorun və yeni rəhbərin adları açıqlanacaqdır.

Quba futbolunun inkişafı naminə göstərdiyi zəhmət və klubun əldə etdiyi uğurlarda verdiyi töhfələrə görə Ayaz Abdullayevə klubumuz adından minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. 

Hər şey Quba Peşəkar Futbol Klubunun daha yaxşı gələcəyi naminədir!", - deyə məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər