Paşinyan Makronla görüşüb
Operativ Media
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin dəftərxanası məlumat yayıb.
Məlumata əsasən, həmsöhbətlər Ermənistan-Fransa münasibətlərini müzakirə ediblər.
Xüsusilə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadiyyat və infrastruktur sahələrində birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin regional hadisələri müzakirə edib, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.