Menyu

KİV: Ronaldo yayda "Əl-Nəsr"dən ayrıla bilər

Operativ Media
KİV: Ronaldo yayda "Əl-Nəsr"dən ayrıla bilər

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Record" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 40 yaşlı portuqaliyalı "Əl-Nəsr"də xoşbəxt deyil və karyerasını Avropada və ya MLS-də davam etdirməyi düşünür. Onun transfer qiymətinin 50 milyon avro dəyərində olduğu bildirilir.

Daha əvvəl Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci turunun "Ər-Riyad"la oyunu (1-0) üçün heyətə daxil edilməmişdi. Mediada yayılan məlumatlara görə, hücumçu İctimai İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunan klubun siyasətinə etiraz olaraq oyunu boykot edib. Həmçinin Ronaldonun Kərim Benzemanın "Əl-İttihad"dan "Əl-Nəsr"in əsas rəqibi olan "Əl-Hilala" transferinə qarşı çıxdığı barədə məlumatlar da yayılıb.

Ronaldo 2023-cü ildən bəri Səudiyyə Ərəbistanı komandasında oynayır və bütün yarışlarda 127 oyun keçirib, 111 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Əlaqəli Xəbərlər