Əbu-Dabidə üçtərəfli görüş başa çatıb - YENİLƏNİB 4
Əbu-Dabidə Ukraynada nizamlanma ilə bağlı danışıqlar başa çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumat üçün bildirək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukraynadakı münaqişə tərəfləri sülh razılaşmasına yaxınlaşıblar.
Onun sözlərinə görə, hazırda bir neçə nizamlanma ssenarisi müzakirə olunur, lakin əsasən Donbasla bağlı ərazi məsələsi əsas olaraq qalır.
Fidan qeyd edib ki, bu məsələ həll olunmadan danışıqların çıxılmaz vəziyyətindən qurtulmaq mümkün deyil.
Vaşinqtonun roluna münasibət bildirən Fidan əlavə edib ki, ABŞ-nin sülh yolu ilə həll yollarını tapmaqda "daha yaradıcı" olacağını gözləyir.
23:49
Hazırda Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı görüşdə tərəflər danışıqları 24 yanvarda davam etdirmək barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz davam etməyə razıyıq, heç kim qapını çırpmır", - mənbə bildirib.
22:30
Ukrayna, ABŞ və Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda münaqişəyə son qoymaq üçün parametrləri müzakirə edirlər.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalındakı açıqlamasında bildirib.
“Ukrayna nümayəndələri demək olar ki, hər saat mənə hesabat verirlər. Onlar hazırda Əbu-Dabidədirlər. Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri bu gün oradadır. Artıq söhbətimiz olub. Onlar müharibənin bitməsi üçün parametrlər barədə danışırlar”, - deyə Zelenski bildirib.
19:25
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli işçi qrupu üzrə ilk görüş başlayıb.
Operativ Media xəbər verir ki, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Qnatov daxil olacaq.
08:31
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli işçi qrupu üzrə ilk görüş yanvar 23-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov qeyd edib ki, görüş təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədilə təşkil olunub və tərəflər artıq görüşün bu gün baş tutacağı barədə razılığa gəliblər.