Menyu

İngiltərə klubu "Fənərbaxça"nın hücumçusu üçün 20 milyon avro ayırdı

Operativ Media
İngiltərə klubu "Fənərbaxça"nın hücumçusu üçün 20 milyon avro ayırdı

İngiltərə Premyer Liqası klubu "Everton" "Fənərbaxça"nın hücumçusu Yusif Ən-Nesiri ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "Everton" klubu Ən-Nesiri üçün Türkiyə klubuna 20 milyon avroluq satın alma seçimi ilə rəsmi icarə təklifi təqdim edib. Klublar arasında danışıqlar davam edir.

Ən-Nesiri 2024-cü ilin yayında "Sevilya"dan "Fənərbaxça"ya keçib. Bu mövsüm 28 yaşlı mərakeşli bütün turnirlərdə 25 oyun keçirib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 22 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər