Menyu

"Qarabağ"ın istədiyi futbolçu Rusiyada oynayacaq

Operativ Media
"Qarabağ"ın istədiyi futbolçu Rusiyada oynayacaq

"Qarabağ"ın ötən ilin yayında transfer etmək istədiyi Bubakar Konte Rusiyaya yollanıb.

Operativ Media xəbər verir ki, Gürcüstanın "Dila" klubunun futbolçusu "Torpedo" ilə anlaşıb. Bu barədə Afrika mətbuatı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin adı "Qarabağ"la yanaşı hallansa da, o Moskva təmsilçisi ilə 3 illik müqavilə imzalamağa üstünlük verib. 

Qeyd edək ki, Bubakar Konte karyerası ərzində "Saprsborq", "Yerv", "Nasional", "Fredrikstad" klublarının formasını geyinib. Malili futbolçu 2025-ci ildə "Dila"nın heyətində 45 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər