Ana səhifə / İdman / "Sabah" yoxlama oyununda "Şamaxı"nı məğlub etdi "Sabah" yoxlama oyununda "Şamaxı"nı məğlub etdi 11.01.2026, 19:28 Operativ Media Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.Operativ Media xəbər verir ki, matç "Bank Respublika Arena"da keçirilib.Qarşılaşma Bakı təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.