Menyu

Pakistanın Baş naziri: Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi

Əsəd Abbaslı
Pakistanın Baş naziri: Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi

Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan və Türkiyədə olan bacı-qardaşlarımız bizi dərhal dəstəklədilər. O da bir alınmaz qala kimi dəstək idi. Əziz qardaşım İlham Əliyev də, bizim azərbaycanlı bacı-qardaşlarımız da eyni qətiyyəti göstərdilər və Pakistanla həmrəy olduqlarını nümayiş etdirdilər.

Operativ Media xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

“Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”, - deyə Məhəmməd Şahbaz Şərif əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər