Pakistanın Baş naziri: Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir
Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir.
Operativ Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib.
Azərbaycan xalqının öz azadlığı uğrunda çox ciddi mübarizə apardığını xatırladan Pakistanın Baş naziri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdıran Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, PKK məsələsinin həlli qardaş ölkənin Prezidentinin diplomatik məharətini nümayiş etdirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net