Ərdoğan: Azərbaycan torpaqlarının azadlığa qovuşması ilə bölgənin sabitlik və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq
"30 il işğal altında qalan Azərbaycan torpaqlarının azadlığa qovuşması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq".
Operativ Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə səsləndirib.
Türkiyə lideri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı “münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edən qardaş ölkələr” adlandırıb. Üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1,5 trilyon dollar olduğunu xatırladan Türkiyə Prezidenti vurğulayıb ki, “ölkələrimiz ortaq idealları bölüşür”. O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir. “Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir”, - deyə Ərdoğan əmin edib. O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.