Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə qala konsert keçirilib
Bakıda Heydər Əliyev Mərkəzində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qala konsert keçirilib.
Operativ Media xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və mədəniyyət naziri Tinatin Ruxadze salamlama nitqləri ilə çıxış ediblər.
Qala konsert Gürcüstan simfonik orkestrinin, "Music Band" musiqi qrupunun, "Şvidkatsa" ansamblının və məşhur gürcü solistlərinin çıxışları ilə davam edib.
Tədbir Gürcüstanın xarici işlər və mədəniyyət nazirlikləri, eləcə də ölkənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net