Pentaqon ABŞ-nin Cənubi Koreyadan minlərlə əsgərini çıxaracağı ilə bağlı xəbərləri təkzib edib
Əziz Əzizli
Pentaqonun sözçüsü Sean Parnell "Wall Street Journal" (WSJ) qəzetində yer alan "ABŞ-nin Cənubi Koreyadan minlərlə əsgərini çıxarma planı gündəmdədir" başlıqlı xəbərin həqiqətə uyğun olmadığını bildirib.
Operativ Media xəbər verir ki, o, bu haqda X hesabında paylaşım edib.
Parnell, “Müdafiə Nazirliyinin Cənubi Koreyada yerləşən ABŞ qüvvələrinin sayının azaldılacağı barədə xəbərlər doğru deyil” deyə bildirib və ABŞ-Cənubi Koreya ittifaqının güclü olduğunu, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında da Seul ilə Vaşinqton arasında əsgərlərin geri çəkilməsi ilə bağlı hər hansı bir müzakirənin aparılmadığı qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net