ABŞ Suriyaya qarşı tətbiq edilən sanksiyalar paketini 180 gün müddətinə ləğv edib
ABŞ dövlət katibi Marko Rubio 2019-cu ildə Suriyaya qarşı tətbiq edilmiş sanksiyalar paketinin qismən ləğv olunması ilə bağlı sənədləri imzalayıb.
Operativ Media xəbər verir ki, Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
Söhbət “Sezar Aktı” çərçivəsində qəbul edilən sanksiyalardan gedir. Bəyanatda qeyd olunur ki, bu istisnalar Suriyada sanitar şəraitin, həmçinin elektrik və su təchizatının yaxşılaşdırılmasına xidmət edəcək.
"Bugünkü addımlar Prezident Donald Trampın ABŞ ilə Suriya arasında yeni münasibətlərə dair baxışının reallaşdırılmasına doğru ilk addımı təmsil edir. Prezident Tramp Suriya hökumətinə, ölkə daxilində və qonşuları ilə münasibətlərdə sülh və sabitliyi təşviq etmək şansı verir", – deyə Marko Rubio bildirib.
Dövlət katibi əlavə edib ki, Prezident yardımın ardınca Suriya hökumətinin mühüm siyasət prioritetləri ilə bağlı tez bir zamanda konkret addımlar atacağına dair gözləntisini açıq şəkildə ifadə edib.