Menyu

TDT DİN rəhbərlərinin növbəti toplantısı Qazaxıstanda keçiriləcək

Əsəd Abbaslı
TDT DİN rəhbərlərinin növbəti toplantısı Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin üçüncü görüşü Qazaxıstanda keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə qərar TDT DİN başçılarının Bakıda keçirilən ikinci görüşündə qəbul olunub.

Qeyd edək ki, TDT türk dövlətləri arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır.

Təşkilat türk ölkələrinin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci il noyabrın 1-də yaradılıb.

Təşkilat yaradılarkən adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) olub.

2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər