“Sony Group”un prezidenti Yoşida istefa verib
Nərmin Qocamanlı
"Sony Group"un prezidenti Yoşida Keniçironun istefa verdiyi bildirilir.
"Operativ Media" xəbər verir ki, Yaponiya şirkətinin açıqlamasında bildirilir ki, Sony-nin prezidenti 63 yaşlı Yoşida Keniçiro istefa verəcək.
Sony-nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki yeni maliyyə ilinin başlandığı aprelin 1-dən Sony-nin prezidenti vəzifəsinə təyin ediləcək.
Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.
Qeyd edilib ki, yeni təyinat qərarı ilə Sony elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net