Menyu

Əbdülfəttah Əs-Sisi Azərbaycana başsağlığı verib

Nərmin Qocamanlı
Əbdülfəttah Əs-Sisi Azərbaycana başsağlığı verib

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı Azərbaycana başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, Misirin dövlət başçısı başsağlığını yanvarın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə çatdırıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər