Brazilya səfiri Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım edib
Nərmin Qocamanlı
Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan səfirliyinə hücumla bağlı tviterdə paylaşım edib.
"Operativ Media" xəbər verir ki, paylaşımda deyilir:
“Braziliya beynəlxalq hüququn işığında diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır. Onun Hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəy olduğunu bildirir”.
Teqlər:
"Brazilya səfiri Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım edib"